Xadimə müştəridən qalan yeməyi icazəsiz götürdüyü üçün işdən qovuldu


Otel xidmətçisi müştəridən qalan yeməkləri icazəsiz götürdüyü üçün işdən qovulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində otellərin birində xidmətçi olaraq çalışan şəxs müştəridən qalan çipsləri şəxsi kabinetinə qoyan zaman tutulub. Bunu görən digər işçilər bu barədə dərhal rəhbərliyə məlumat veriblər. Aparılan axtarış zamanı xidmətçinin şkafından çipsi, cem və bir ovuc fındıq aşkarlanıb. Daha əvvəl də müxtəlif səbəblərdə ittiham olunan xidmətçi təzminat ödənilmədən işdən çıxarılıb.
Qeyd edək ki, məhkəməyə müraciət edən xidmətçi hakimin qərarı ilə günahkar hesab olunaraq, rədd cavabı alıb.

Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top