Oğurlandığı deyilən Pərvanə Əhmədovadan AÇIQLAMA - VİDEO


Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə oktyabrın 8-də keçirilən piketdə “Alo! Bura bax! Qarabağda Paşinyan at oynadır!” deyərək məşhurlaşan Pərvanə Əhmədovanın ğurlanması ilə bağlı şaiələr yayılıb.
Yeniavaz.com xəbər verir ki, P.Əhmədova haqqında yayılan şailərlə bağlı bağlı “AzadlıqRadiosuna” açıqlama verib.
Pərvanə Əhmədova hər şeyin qaydasında olduğunu deyib: “Heç bir təhdid yoxdur, salamatçılıqdır. Sadəcə bir az gərginlik var, beynim çox yorulmuşdu, həqiqətən tükənmişdim. Bir az dincəlməyə ehtiyacım var idi. Ona görə evdən uzaqlaşmışam hal-hazırda. Şəhərdə qohumum var onlara getmişik, orada istirahət edirik. Dəstək, kömək məqsədi ilə zənglər çox olub amma təhdid məqsədi ilə heç bir şey olmayıb. Şükür olsun ki, bu günə qədər məni heç kim təhdid etməyib Mənlə normal danışıqlar aparılıb. Sağ-salamatam, mənə heçnə olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top