Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb


Mingəçevir Şəhər Polis Şöbəsinə  evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.
Yeniavaz.com DİN Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə  şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev  və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb. Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top