Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 40-a çatıb - FOTO


Yaponiyada “Hagibis” qasırğası nəticəsində ölənlərin sayı 40-a çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanı vuran “Hagibis” qasırğasının davam etməsi nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Güclü yağışların səbəb olduğu su basması, torpaq sürüşməsi və fırtına ölənlərin sayını 40-a çatdırıb. Bundan əlavə, 189 nəfər yaralanıb, 17 nəfər itkin düşüb. Onların axtarışı davam etdirilir. Səlahiyyətli şəxslərin verdiyi məlumata görə, ölənlərin və yaralıların sayının artması qaçınılmazdır.
Yaponiya qasırğanın törətdiyi dağıntılardan insanları qurtarmaqla yanaşı, vurduğu ziyanı hesablamağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top