"Barış Pınarı" əməliyyatında məhv edilən terrorçuların sayı 550-yə çatıb


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 550-yə çatıb. 
Yeniavaz.com “CNN türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış Pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top