“KamAZ” “Merсedes”in üzərinə aşdı, sürücü yaralandı - FOTOLAR


Hacıqabulda yol qəzası baş verib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli kənd sakini Hüseynov Qəfər Qənimət oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili “Merсedes” markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə “KamAZ” markalı yük maşınının sürücüsü ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyublar.

Qəzaya “KamAz”ın sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top