Müsavat Partiyasının başqanı seçildi - YENİLƏNİB


Müsavat Partiyasının IX qurultayında səsvermənin nəticələri məlum olub

Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.

Qeyd edək ki,  Müsavat başqanlığına Arif Hacılıdan başqa Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini vermişdi. (APA)

***17:50
Partiya rəhbəri postuna keçirilən səsvermə başa çatıb. Hazırda nəticələr hesablanır. 

 

***10:10
Müsavat Partiyasının IX qurultayı başlayıb.

Qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.

Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı,  Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Qurultayda Mərkəzi Nəzarət və Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə seçkilər də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top