Tovuz rayonunun Əlmərdanlı kəndində ölüm hadisəsi qeydə alınıb.
32 yaşlı İbrahimov Asif Elqam oğlu ürək nahiyyəsindən bıçaqla vurulub.
O, aldığı ağır xəsarətdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Tovuzda polisin həyata keçirdiyi əməliyyat-axtarış ədbiri nəticəsində bıçaqla qətl törədən şəxs - Məmmədov Fəxrəddin saxlanılıb.//APA