Çinlilər yalnız üzün skan edilməsindən sonra mobil internetə daxil ola biləcəklər


Çin hökuməti internet üzərində nəzarəti gücləndirir. Dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən üzün skan edilməsi prosedurundan keçməli olacaqlar.
 
Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır. Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.
 
Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyət vəsiqəsi lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top