Bəhram Bağırzadə: "Mehriban Əliyevanın bu nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq"


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə bir gündə 650 min ağac əkmək üzrə nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə söyləyib.

O deyib: “Mən bir Azərbaycan vətəndaşı kimi, bu aksiyada iştirak etməyi çox istəyirəm. Özü də övladlarımla birlikdə, çünki ekologiyaya və doğma yurda məhəbbət insanlara uşaqlıqdan aşılanmalıdır. Mən həyatımda çox ağac əkmişəm, lakin bu təşəbbüs çərçivəsində yaşadığım illərin sayına görə 48 ağac əkmək istəyirəm”.

B.Bağırzadə fikrini bu sözlərlə tamamlayıb: “Nəsimi dünya səviyyəli böyük şair və mütəfəkkirdir, onun irsinin qorunub saxlanılması isə böyük humanitar missiyadır. Əminəm ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın bu təşəbbüsünü dəstəkləyir və aksiyada fəal iştirak edəcək”.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top