AzTV sədri media rəhbərləri ilə görüşdü


Oktyabrın 12-də Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bir qrup KİV rəhbəri ilə bir araya gəlib.

AzTV-nin binasında keçirilən görüşdə Rövşən Məmmədov son aylarda görülən işlər barədə məlumat verib.

Sədr deyib ki, AzTV-də yeniliklər davamlı olacaq: "AzTV xalqın televiziyasıdır. Biz çalışırıq ki, verilişlərimiz daha da baxımlı olsun. Bu istiqamətdə işlər aparılır. Ənənələri qorumaqla daha dinamik, daha yaradıcı verilişlərlə qarşınızda olacağıq”.

Rövşən Məmmədov media rəhbərlərinə də təşəkkür edib: "Kütləvi İnformasiya Vasitələri AzTV-nin fəaliyyətini geniş yer ayırır. Mən buna görə bütün media nümayəndələrinə təşəkkür edirəm. Sizin bu qədər diqqətiniz bizi daha da həvəsləndirir. Onu da deyim ki, bizim uğurlar mənim yox, telekanalda çalışan insanların uğurudur. Onlara da minnətdarlığımı bildirirəm”.

Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O bildirib ki, AzTv son zamanlar baxımlar verilişlər, yeni layihələrlə tamaşaçıların görüşünə gəlir.

Digər çıxışçılar da telekanalla bağlı fikirlərini söyləyib.

Səhər yeməyindən sonra baş redaktorlar televiziyanın işi ilə yaxından tanış olublar.(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top