Qaz kəməri zədələndi, dörd kənd qazsız qaldı


Zərdab rayonunun dörd kəndinin qaz təminatında fasilə yaranıb.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata əsasən, Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər.

Saat 15:00-dan dörd kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top