Türkiyəli jurnalist snayper atəşinə tutuldu, nə edəcəyini bilmədi


Türkiyənin Suriyada yeni əməliyyata başlaması səbəbilə sərhəd nöqtəsindən xəbər hazırlayan jurnalist hərbçilərdən yardım istəyib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya-Türkiyə sərhəddindən canlı yayımla xəbərlər verilişinə qoşulan müxbir çətin anlar yaşayıb.

Hadisə yerindən xəbər verən jurnalist YPG-li terrorçular tərəfindən atəşə tutulub.

Yaxından atılan güllə səsini eşidən operator və müxbir panikaya düşüblər.

Bir neçə saniyə sonra jurnalistə daha bir güllə atılıb.

Xəbərlərə qoşulan müxbir türkiyəli hərbçilərdən yardım istəyib.

DİGƏR XƏBƏRLƏR

Top