Rusiya prezidenti Vladimir Putinin Suriya ilə bağlı yeni açıqlaması gündəm olub.
Yeniavaz.com "reuters"-ə istinadla xəbər verir ki, Putin Suriya hökumətinin qərarına əsasən ölkədəki hərbi qüvvələri geri çağıracağını söyləyib. Həmin qərar isə Suriyanın gələcəkdə yenidən normal vəziyyətə qayıtmasına bağlıdır: "Suriya əgər rəsmi Moskvanın yardımına ehtiyac duymadığını bildirərsə bu ölkəni hər an tərk etməyə hazırıq".
Qeyd edək ki, 2017-ci ildə Bəşər Əsədin dəvəti ilə Rusiya Suriyaya daxil olaraq xarici müdaxilələrə qarşı bu ölkəyə hərbi yardım göstərməyə başlayıb.