İngiltərədə 40 min manatlıq qızıl kart istehsal olundu


Dəbdəbəni və bahalı həyatı sevən insanların istəkləri nəzərə alınaraq İngiltərə zərbxanasında saf qızıldan hazırlanan kartlar istehsal olunub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İngiltərə zərbxanasının rəsmi internet səhifəsində məlumat verilib.
Belə ki, İngiltərə zərbxanasında hazırlanan kartlar  18 karatlıq saf qızıldan hazırlanıb. Qızıl kartlar "Master Card" beynəlxalq ödəmə sistemi, İngiltərə zərbxanasının baş icraçı direktoru və "Accomplish" maliyyə şirkətinin əməkdaşlığı ilə istehsal olunub.
Qeyd edək ki, qızıl kartların qiyməti 18 min 750 fund sterlinq ( təqribən 40 min AZN) müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top