“Qəbələ”də yeni təyinat - FOTO

Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən "Turan Tovuz"un baş məşqçisi Azər Bağırov istefa verib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, gənc çalışdırıcı karyerasını Premyer Liqada davam etdirəcək.
O, son ölkə kubokunun qalibi olan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 38 yaşlı Azər Bağırov məşqçilik karyerasına 2010-cu ildə “Neftçi”də başlayıb. O, həmin il Arif Əsədovun köməkçisi, həm də seleksioner-məqşçi kimi fəaliyyət göstərib. Pro kateqoriyalı məşqçi 2 il U-16 millisində Nikolay Adamın köməkçisi olub. Ardından “Qəbələ”də çalışıb. O, ötən mövsüm birinci divizonda MOİK-lə ölkə çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top