İŞİD üzvlərinin olduğu həbsxanalar ilk dəfə görüntüləndi - FOTOLAR


BBC müxbiri terror təşkilatı İŞİD döyüşçülərinin saxlanıldığı həbsxanadan reportaj hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, həmin reportajda terrorçuların Suriyada saxlanıldığı həbsxanalardan görüntülər təqdim edilib. Gənclərdən yaşlı nəslə qədər hər qrup insanın olduğu həmin həbsxanaların yaxınlığında isə İŞİD-li terrorçuların xanımları saxlanılır. Məsul şəxslərin verdiyi məlumata görə, Türkiyənin Suriyada keçirdiyi əməliyyat səbəbilə həmin həbsxanada təhlükəsizlik tədbirləri artırılıb. Çünki, döyüşə yenidən qatılmaq üçün həbsxanadan qaçmaq istəyənlərin  artacağı ehtimal edilir. Həbsxanada olan İŞİD tərəfdarlarının 2 mindən çoxu xarici vətəndaşlardır. Türkiyəli rəsmilər isə bəhs edilən həbsxanaların"Barış pınarı" əməliyyatının əhatə dairəsində olmadığını bildirib.



DİGƏR XƏBƏRLƏR

Top