İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

Daşkəsən rayonunda işləmək adı ilə evdən çıxan 45 yaşlı kişi itkin düşüb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, rayonun Tapan kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Rövşən İlyas oğlu bir həftə əvvəl evdən işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Daşkəsən RPŞ-yə onun həyat yoldaşı Südabə Abbasova ərizə ilə müraciət edib. 
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top