Şair Salam Sarvan ictimai birlik yaradıb - FOTO

Şair Salam Sarvan ictimai birlik təsis edib. 
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, "Fikir" milli-mənəvi dəyərlərin təbliği ictimai birliyi artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Birlikdən verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cür konyunkturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır. 
Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yolu ilə aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir.

DİGƏR XƏBƏRLƏR

Top