İki boşqab makarona görə turistlərə 805 manat hesab gəldi - FOTO


İtaliyanın paytaxtı Romada yerləşən “Antico Caffe di Marte” adlı restoran  yaponiyalı turistlərə iki boşqab makaron üçün 429,8 avro ( təqribən 805 AZN ) hesab gətirib.
Yeniavaz.com
xarici mətbuata istinadən xəbər verir ki, iki yaponiyalı turist Romanın mərkəzində olan  Müqəddəs Mələk Qalasının yaxınlığındakı “Antico Caffe di Marte” adlı restoranda  makaron sifariş ediblər. Belə ki, onlara yedikləri yemək üçün 429,8 avro hesab gətirildiyini bildirən turistlər, hesab çekini internetdə paylaşıblar. Çekin üzərində iki boşqab makaron və su üçün 349,80 avro və xidmət haqqı üçün 80 avro qeyd olunub.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, restoranın sahibi bu hesabı inkar etməyib. O, restoranı müdafiə edərək qiymətlərin şəffaf olduğunu bildirib: “Bizdə qiymətlər şəffafdır, makaronlarımız 16 avrodur, bu hesabın gəlməsi üçün yəqin ki, onlar təzə balıq yeyiblər”.
İstehlakçı hüquqları dərnəyi olan “Codacons” iddiaların doğruluğunun təsdiq olunduğu halda restorana cəza veriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top