Vergilər Nazirliyi bu şəxslərin siyahısını niyə açıqlamır? - TƏKLİF


Azərbaycan mühasibləri iş adamlarının əsassız vergiyə cəlb olunmamaları ilə bağlı Vergilər Nazirliyinə təklif veriblər.
Yeniavaz.com xəbər verir ki, bu təkliflə peşəkar mühasib Rauf Pənahəliyev çıxış edib.
Onun sözlərinə görə, bəzi hallarda iş adamları kənd təsərrüfatı məhsullarını alarkən qarşı tərəfin doğrudan da istehsalçı olub-olmadığını öyrənə bilmirlər və nəticədə verg ilə yanaşı, maliyyə sanksiyalarına da məruz qalırlar. Təklifdə deyilir:
«Azərbaycan Respubilkası VM-əsasən kənd təsərrüfatı istehsalçısının birbaşa özünün istehsal etdiyi məhsulun satışı vergilərdən azaddır. Bu həm də o deməkdir ki, müəssisə əgər kənd təsürrafatı məhsulunu bir başa istehsalçıdan alırsa bu zaman ödəmə mənbəyindən vergi tutmamalıdır.
Lakin vergi ödəyicisi olan fərdi sahibkar və ya hüquqi şəxs kənd təsərrüfatı məhsulunu alarkən bunun bir başa istehsalçıdan aldığını müəyyənləşdirə bilmir. Bu da gələcəkdə baş verəcək səyyar vergi yoxlaması zamanı aşkar edilərsə ki, məhsul bir başa istehsalçıdan deyil vasitçidən alınıb bu zaman həm ödəmə mənbəyindən vergi məbləği həmdə maliyyə sanksiyası tətbiq ediləcək. Vergilər Nazirliyi əməkdaşları çox sadə şəkildə vətəndaşın adına torpaq olub olmamasını yoxlamaqla məhsulu satan şəxsin istehsalçı və ya vasitəçi olduğunu yoxlaya bilir. Lakin vergi ödəyicisinin belə bir imkanı yoxdur. Eyni zamanda vergi ödəyicisinin vətəndaşdan «Adına torpaq varmı?» və ya «Torpağın sənədinə baxa bilirəm?» kimi suallar verib hər hansısa sənədi tələb etmək hüququ da yoxdur. Bu zaman kənd təsərrüfatı məhsulunu satan şəxs məhsulu satmaqdan imtina da edə bilər. Bəs onda vergi ödəyicisi necə müəyyən etməlidir ki, məhsulu satan şəxs həqiqətən istehsalçıdır, yoxsa vasitəçi?
Təklif: Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi ödəyicilərinin siyahısı olduğu kimi, vətəndaşın kənd təsərrüfatı istehsalçısı olub olmadığını da yoxlamağın mümkünlüyü sistemi yaradılsın.
Maraqlananlar VM 102,58,164 -ci maddələrini oxuya bilərlər».

DİGƏR XƏBƏRLƏR

Top