Ötən gün Azərbaycanda törədilmiş 24 cinayətin üstü "isti izlər"lə açılıb

Oktyabrın 11-dən 12-dək Azərbaycanda törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilb.
Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top