"Barış pınarı" əməliyyatında məhv edilən terrorçuların sayı açıqlanıb

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 399 terrorçunun məhv edildiyi deyilirdi.
Məlumatda bildirilir ki, Fərat çayının şərqinə doğru uğurla davam etdirilən “Barış pınarı” əməliyyatı ötən gecə də uğurla davam etdirilib, terrorçuların mövqeləri havadan və qurudan atəşə tutulub. Qeyd olunur ki, bu zaman məhv edilən terrorçuların sayı 415 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top