Türkiyə XİN: “ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə...”


ABŞ Maliyyə Nazirliyinin "Barış Pınarı" hərbi əməliyyatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq edəcəyi açıqlamasına qardaş ölkədən cavab gəlib.

Yeniavaz.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy istənilən addıma qarşılıq veriləcəyini bildirib.

XİN sözçüsü hərbi əməliyyatı başlamazdan əvvəl həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırıldığını vurğulayıb: “Türkiyə milli təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları ilə mübarizədədir və mübarizəni qərarlı bir şəkildə davam etdirəcəkdir. Bunun əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atacağımıza heç kimin şübhəsi olmasın”.

DİGƏR XƏBƏRLƏR

Top