Həyatdan və işdən yorulanlar üçün – 5 gücartırıcı ELİKSİR


Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? İş-güc, qayğılar çiyinlərinizdə ağır yükdür? İş günündən sonra heç cür bərpa ola bilmirsiz? İstirahət sizi bərpa etmir? İndi bərpa olmağa zaman və pul da çatışmır.

Yeniavaz.com Medicina.az-a istinadən işgüzar və həyatda qayğısı çox olub, bütün enerjisini itirən insanlar üçün gücverici möcüzə eliksirlərin reseptini təqdim edir.

Bunlar qədimdən baba-nənələrimizin xilaskarı olub. Bəlkə sizə də elə bu eliksirlər güc, enerji verəcək.

Eliksir 1

1 çay qaşığı bal, bir kənd yumurtası sarısı və yarım limon şirəsi. Əvvəlcə yumurta sarısı şirə ilə həll olunur, sonra balla qatılır. 
Alınmış qarışımı səhər yeməyində qəbul edirsiz.

Eliksir 2

5 ədəd qara gavalı, 3 ədəd əncir qurusu, 2 dilim limon, 2 alma, xörək qaşığı kişmiş
Hamısının üzərinə bir az su alıb, 10 dəqiqə qaynadın, 15 dəqiqə saxlayıb süzün. 
Səhərlər için.
 

Eliksir 3

Bir portağalın şirəsini sıxıb, 2 ədəd almanı sürtgəcdən keçirib qatırsız. Qoz ləpəsini narın edib, əlavə edirsiz. Beyni qüvvətləndirən bu qarışımı gündə 2 dəfə qəbul edin

Eliksir 4

1 ədəd limon qaynayan suda 1 dəqiqə saxlanılır. Sonra onu sürtgəcdən keçirirsiz. 20 qr kərə yağı və yarım qaşıq bal qatıb, qarışdırırsız. Çay içən zaman qaşıqla yeyirsiz

Eliksir 5

Yulaf dənlərini 100 qramını 5 stəkan suda bişirin. Kisel kimi qarışım alınmalıdır. Sonra onu süzüb, bura 3 stəkan qaynanmış süd əlavə edin. Eləcə də 3 x.q təmiz bal qatıb qarışdırın. Səhərlər və axşama yeyə bilərsiz
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top