Mnuçin: "Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"


ABŞ prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.

Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.

"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə Mnuçin qeyd edib.//APA

DİGƏR XƏBƏRLƏR

Top