Bakıda baş verən yol qəzasında aralarında 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı uşaqlar və onların valideyni xəsarət alıblar. Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər. //Report

DİGƏR XƏBƏRLƏR

Top