Almaniyada “Barış Pınarı”na dəstək göstərən futbolçuya sərt etiraz


“Sankt Pauli” klubunun futbolçusu Enver Cenk Şahin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün Almaniyada böyük təzyiqlərlə üzləşib. 25 yaşlı türkiyəli yarımmüdafiəçi “İnstaqram” hesabında “Barış pınarı” hərəkatına dəstək olaraq bu sözləri paylaşıb:
 
“Qəhrəman əsgərlərimizin və ordumuzun yanındayıq. Dualarımız sizinlədi”.
 
Lakin klub rəhbərliyi futbolçunun bu addımını doğru hesab etməyib. Məsələ ilə bağlı klubun saytında dərhal rəsmi açıqlama verilib. Onlar bu paylaşımın klubun dəyərləri ilə üst-üstə düşmədiyini vurğulayıblar. Futbolçu ilə görüşdüklərini və araşdırma apardıqlarını qeyd edən klub rəsmiləri məsələyə tam aydınlıq gələnə qədər başqa rəsmi açıqlama verməyəcəklərini vurğulayıblar.
 
“Sankt Pauli”nin “Ultra” azarkeş qrupu futbolçunun bu addımına daha sərt mövqe nümayiş etdirib. Qrupun rəsmi saytında futbolçu ilə klub arasındakı müqaviləyə xitam verilməsi tələb olunub. Onlar Enver Cenk Şahinin bir daha bu komandanın formasını geyinməsini istəmədiklərini bəyan ediblər.//matc.az
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top