Faiq Ağayev də etiraz etdi: "Gör, bunlar dövlətə nə boyda zərbə vururlar" - VİDEO


Oktyabrın 1-dən başlanan əhalinin siyahıyaalınması prosesi dünən başa çatıb.

Proses başa çatsa da, siyahıya alınmayanlarının sayı çoxluq təşkil edir. Onların sırasında sıravi vətəndaşlarla yanaşı, tanınmış silmalar da var. Xalq artisti Faiq Ağayev məsələylə bağlı narazılığını sosial şəbəkədə yazıb: "Dövlət Statistika Komitəsi gizli siyahıyla qeydə alır camaatı? Vergi ödəyirəm, amma əhaliyə aid deyiləm? Bu nə başdasovduluqdur?"
Problemlə əlaqədar Xalq artisti açıqlama verib: "Yəqin köhnə siyahı ilə çalışıb, dövlətdən buna görə pul alırlar. "Facebook"da nə qədər dostluğumda olan insanlar var, onları siyahıya salmayıblar. Bunlar hansı prinsiplə işləyirlər? Necə olur ki, mən Azərbaycan Respublikasının Xalq artistiyəm, vergi ödəyiçisiyəm, seçiciyəm, amma qeydə alınmıram? Bu nə formal işdir?! Kim çalışır orada?! Necə sayırlar?! Havada uçan quşları sayırlar? Bu, ümumi problemdir. Bunlar sabah, birisi gün siyahını verəcəklər hökümətə, o da olacaq yalnış. Hökümət büdcəsini səhv statistika ilə ölçəcək. Gör, bunlar dövlətə nə boyda zərbə vururlar. Formallıqla məşğuldurlar. Sabah gəlib deyəcəklər ki, niyə vaxtında demədin. Özümüz deyiriksə, Dövlət Statistika Komitəsi nəyə lazımdır? Hər dəfə biz onların qapısını döyməliyik? Yoxsa biz o 2-3% xətanın içinə daxilik? Nəticədə icra strukturlarına yalnış məlumatlar gedəcək".
Məlumat üçün bildirək ki, yeniavaz.com-un bu gün şəhərdə keçirdiyi video-sorğu zamanı vətəndaşların əksəriyyəti siyahıyaalınmada iştirak etmədiklərini bildiriblər. Həmin video-sorğunu təqdim edirik:
(news24.az)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top