Keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb


Beyləqanda həyat yoldaşını bıçaqlayaraq öldürən şəxs həbs olunub.
Yeniavaz.com-un bölgə müxbirinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.
Hadisəni törədən Namiq İsmayılov hadisə yerindən qaçsa da, polis şöbəsinin əməkdaşları 1990-cı il təvəllüdlü Quliyev Namiq İsmayil oğlunu  saxlayaraq istintaqa cəlb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top