Prezident İlham Əliyev: "İrəvanın mərkəzində alman faşistlərinə abidə qoyulub" - VİDEO


Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb. Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib:

“Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib. İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:

“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

 

DİGƏR XƏBƏRLƏR

Top