Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polis törədibmiş

Bakıda polis əməkdaşı idarə etdiyi avtomobillə tələbəni vurub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 9-da 07:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonundan keçən 21-ci kmdə baş verib.
“BMW” markalı  90 DH 530 qeydiyyat nişanlı avtomobil piyada Solmaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev hadisəni təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır: “Hadisəni törədən şəxs vaxtilə daxili işlər orqanlarında çalışıb və hazırda təqaüddədir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Solmaz Abdullayevanın 1-ci kurs tələbəsi olduğu barədə məlumat yayılıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top