Nazir Mingəçevirdə vətəndaşları qəbul etdi - FOTO


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Mingəçevirdə vətəndaş qəbulu keçirib.
Yeniavaz.com xəbər verir ki, əvəllcə nazir Ramin Quluzadə şəhər İcra Hakimiyyəti başçısı  İlham İsmayılovla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra Heydər Əliyev Mərkəzində  R. Quluzadə Mingəçevir şəhəri və Ağdaş rayonundan olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən  rayon mərkəzində və ondan kənarda yerləşən kənd yerlərinin mərhələli şəkildə telefonlaşdırılılması, internet xidməti ilə təminatın gücləndirilməsi, nazirliyin strukturlarında işlə təminat və ya yerdəyişmə, eləcə də digər məsələlərin həlli ilə bağlı olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top