18 aylıq körpənin üzərinə televizor aşdı, öldü


Türkiyənin Kırklareli şəhərinin Lüleburqaz əyalətində, 18 aylıq Fatmagül Ərdoğanın üzərinə televizor düşməsi nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocasinan məhləsinin Emrullah Efendi prospektindəki bir mənzildə baş verib. Belə ki, balaca Fatmagül evdə oyuncaqları ilə oynayarkən televizor onun üstünə aşıb. Səsi eşidib otağa daxil olan ana uşağı qanlar içərisində görüb.
Dərhal xəstəxanaya çatdırılan 18 aylıq körpə, həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Lüleburqaz Baş Prokurorluğunda istintaq işi  başladıb.
 
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top