Avtobus səkidəki 7 nəfərin üzərindən keçdi


Hindistanın Uttar Pradeş əyalətinin Bulandşəhr bölgəsində yol kənarında yatan 7 adam, sürətlə gələn avtobusun altında qalaraq həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, məbəd ziyarətindən qayıdan və 56 nəfəri daşıyan avtobus sürət həddini aşaraq qəza törədib. İdarəetməni itirən sürücü səkidə olan 7 nəfəri əzib.
Polis, baş verən qəzada, 4 qadın və 3 qız uşağının hadisə yerində həyatını itirdiyini bildirib. Məlumata görə, ölən 7 nəfərdən üçü eyni ailə üzvündən olub və cəsədləri eksperdizaya göndərilib. Bildirilir ki, qəzadan sonra avtobus sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başladılıb.

Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top