Kubada 43 ildən sonra ölkəyə yeni dövlət başçısı seçilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Havana Konqres Sarayında növbədənkənar təşkil olunan iclasda Miquel Diaz Kaneli dövlət başçısı olaraq vəzifəyə gətirilib.
1959-1976-cı illərdə Kubada Baş nazir Fibel Kastronun dövründə konstitusiyada dəyişiklik olunub və dövət başçılığı vəzifəsi Kuba dövlət Şurası və Baş Nazirlər Şurasına həvalə edilib. Aprel ayında edilən yeni dəyişiklik isə ölkədə 43 il sonra yenidən hökumət başçısı seçimlərinə start verib.
Məlumata görə, yeni dövlət başçısı M.D.Kaneli dekabr ayında yeni Baş nazir təyin edəcək.
Qeyd edək ki, 2023-cü ilə qədər vəzifəyə gətirilən M.D.Kanel dövlət başçısı olaraq ilk çıxışı zamanı, öncəliklə müdafiə və iqtisadiyyat sahəsində işlər aparacağını bildirib.
Lalə Cəfərova