Danimarka parlamentində sirk heyvanlarının təqaüdə göndərilməsi müzakirə olunub - VİDEO


Danimarkanın baş naziri Mette Frederiksen sirkdə vəhşi heyvanlardan istifadənin qadağan edilməsi ilə bağlı çıxışında qeyri-adi hadisə yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Frederiksen ölkədə qalan son 4 sirk filini "təqüdə göndərməliyik" dedikdən sonra anidən gülməyə başlayıb. Bunu görən bütün parlament iştirakçıları qəhqəhə çəkib. Baş nazir də daxil olmaqla bütün parlament dəqiqələrcə özünə gələ bilməyib.
Qeyd edək ki, Danimarka BMT-nin 2019-cu il araşdırmasına görə, dünyanın ən xoşbəxt ölkələri sırasında ikinci yeri tutur. Birinci yerdə isə Finladiyadır.

DİGƏR XƏBƏRLƏR

Top