Nobel Sülh Mükafatının sahibi məlum oldu


2019-cu ilin Nobel Sülh Mükafatının sahibi məlum olub.

Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bu il mükafata Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli layiq görülüb.

O, Eritreya ilə sərhəd münaqişəsinin həllinə verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.

A. Ə. Əliyə dekabrın 10-u Norveçin paytaxtı Osloda keçiriləcək tədbirdə Nobel mükafatına görə 915 min dollar veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top