Siyasətçi canlı yayımın reklama getdiyini zənn edib şok ifadə işlətdi - VİDEO


Türkiyənin CNN Türk televiziya kanalının canlı yayımında skandal hadisə baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "CNN Türk TV" kanalında yayımlanan siyasi verilişlərin birində AKP üzvünün səhvən dediyi sözlər gündəm olub. Verilişin aparıcısı elan edərək bir neçə dəqiqə sonra CHP-li Sezgin Tanrıkulunun verilişə telefonla qoşulacağını deyib reklama getdiklərini bildirib. Ancaq, reklam hələ başlamamış Mehmet Metinər adlı AKP üzvü Sezgin Tanrıkulu üçün "inşallah sərxoş deyil" deyib. Bunu eşidən aparıcı barmağı ilə susmasını işarə edib. Sözlərinin canlı yayımlandığı öyrənən AKP üzvü reklamlardan sonra Sezgin Tanrıkulundan üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top