"Seçkiyə müdaxilənin qarşısı qətiyyətlə alınacaq" - General-leytenant


“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil”.

Bunu Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. 

O qeyd edib ki, kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər: “Güman edirəm ki, dairə seçki komissiyalarının polislə birgə apardığı iş emosiyaya qapılmadan olmalıdır. Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”. 

O.Zalovun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: “Bələdiyyə seçkləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapışırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına heç bir cəhd ola bilməz. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq”. (Report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top