Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik", - deyə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top