Bir vaxtların ulduz futbolçuları indi nədən pul qazanırlar?


Futbolçuların əksəriyyəti aktiv futbol fəaliyyətini başa vurduqdan sonra karyeralarını məşqçi, idman direktoru, futbol meneceri və ya futbol şərhçisi kimi davam etdirirlər. Ancaq bəzi futbolçular var k,i fərqli sahələrə yönəlirlər.
Yeniavaz.com aktiv futbol karyerasını başa vrurduqdan sonra həyat fəaliyyətlərini fərqli məşğuliyyətlə davam etdirən futbolçuları sizə təqdim edir.
 
Paolo Maldini – Hazırda “Milan”ın idman direktoru vəzifəsində çalışan klubun əfsanəsi Maldini, bir neçə il əvvəl tenisə başlayıb. İtaliyada müxtəlif yarşılarda iştirak edən Maldini futboldakı qədər tenisdə uğur qazana bilməyib.
 
Corc Veah - “Milan”, “Çelsi” və “Mançester Siti”nin uğurları üçün çalışmış Veah hazırda ölkəsi Liberiyanın prezidentidir.
 
Qabriel Batistuta – Argentina futbolunun əfsanəvi futbolçularından olan Qabriel Batistuta, futbolla vidalaşandan sonra polo oynamağa başlayıb.
 
Con Karyu -  Norveç futbolunun unudulmaz hücumçularından sayılan, karyerası ərzində İngiltərə Premyer Liqasında fərqli komandalarda , “Lion”, “Valensiya”, “Roma” və “Beşiktaş” kimi klublarda çıxış edən Karyu hazırda aktyor kimi fəaliyyət göstərir.
 
Sezar Prates – Güclü və dəqiq cərimə zərbələri ilə Türkiyənin “Qalatasaray” klubundan azarkeşlərin yaddaşında qalan braziliyalı futbolçu aktiv futbol karyerasını başa vurduqdan sonra ölkəsində Katolik kilsələrinin birində rahiblik etməyə başlayıb.
 
Peter Çex – “Sparta”,  Renn”, “Çelsi” və “Arsenal”da çıxış etmiş veteran qolkiper kayerasını hokkeyçi kimi davam etdirəcək. O, “Guildford Foeniks”də çıxış edəcək.
 
Pablo Daniel Osvaldo – Karyerası ərzində “Yuventus”, “İnter”, “Roma”, və “Boka Xuniyors” da dxil olmaqla bir çox klubda forma geyinən argentinalı futbolçu bu oyundan zövq ala bilmədiyinə görə çox erkən yaşda futbola əlvida deyərək  özünə musiqi qrupu qurub müğənnilik edir.
 
Qaizaka Mendieta – “Valensiya”, “Barselona”, “Lazio” və “Midlzbro” komandalarında çıxış etmiş keçmiş ispaniyalı futbolçu, karyerasını başa vurduqdan sonra DJ-lik fəaliyyəti göstərir.
 
Li Bovyer – “Lids Yunayted”, “Vest Hem Yunayted” və “Nyukasl yunayted” kimi klunlarda forma geyinən futbolçu karyerasını başa vurduqdan sonra balıqçılqa məşğul olur.
 
İvan Perişiç – Hazırda karyerasının zirvəsində olan xorvatiyalı futbolçu Ivan Perişic karyerasını başa vurduqdan sonra nə ilə məşğul olacağı məlumdur. “İnter”dən “Baye Münhen”ə transfer olunan yarımmüdafiəçi eyni zamanda çimərlik voleybolçusudur.
 
Yeji Dudedk – “Liverpul” və “Real Madrid” kimi klubların şərəfini qoruyan polşalı qapıçı Dudek futbol həyatından sonra idman avtomobil yarışlarında öz qabliyyətini sınayıb. O, bir neçə Ralli yarışlarının iştirakçısı da olub.
 
Aryen De Zeuv – Uzun müddət İngiltərə Premyer Liqasının fərqli komandalarında çıxış edən hollandiyalı müdafiəçi De Zeuv karyerasını başa vurduqda sonra maraqlı bir peşə ilə məşğul olmağa başlayıb. Kriminal ekspert kimi peşəkarlaşan De Zeuv hazırda dedektivliklə məşğuldur.
 
Tomas Qaravesen -  Aqressiv futbolçu kimi yaddaşlarda qalan danimarkalı futbolçu karyerası ərsinzdə “Everton”,“Setlik”  və “Real Madrid”in heyətində çıxış edib. Aktiv futbol həyatını başa vurduqdan sonra Las Veqasa köçən Qravesen peşəkar poker karyerasına başlayıb.
 
Fabien Bartez - Fransa milli komandası ilə futbol üzrə 1998-ci il Dünya Çempionu, 2000-ci il Avropa Çempionu, 2006-cı il Dünya ikincisi olan karyerası ərzində “Nant”, “Olimpik Marseel”, “Monako” və “Mançester Yunayted” kimi köklü klubların üzvü olmuş Bartez 2007-ci ildə karyerasını başa vurduqdan sonra avtomobil idman növlərində çıxış etməyə başlayıb. O, ölkəsi Fransada bir neçə yarışın mükafatçısı olub.
 
Biksant Lizarazu - həmyerlisi Bartez kimi 1998-ci il dünya kubokunun və 2000-ci il Avropa çempionu olan klub karyerasında uzun müddət “Bayer Münhen”in şərəfini qoruyan Lizarazu  karyerasını başa vurduqdan sonra bir müddət Ciu-citsu ilə məşğul olub daha sonra bu növ üzrə məşqçi kimi fəaliyyətini davam etdirib.
 
Santiqao Kanizares – “Real Madrid” və “Valensiya” kimi klubların şərəfini qoruyan qapıçı Kanizarez digər həmkarları Dudek və Bartez kimi avtomobil idman növləri ilə məşğul olur.
 
Kaxa Kaladze – Futbol azarkeşlərinin “Milan”dan yaxşı tanıdığı Kaxa Kaladze aktiv futbol həyatını sonlandırdıqdan sonra siyasətə qoşularaq bir müddət Gürcüstanın Energetika Naziri olub. O, hazırda Tblisi Şəhərinin meridir.

DİGƏR XƏBƏRLƏR

Top