Rihanna: Tramp ruhi xəstədir


"Bu günlərdə ABŞ-dakı ruhi xəstələrin başında şəxsən prezident gəlir".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri dünyaca məşhur, barbadoslu müğənni Rihanna "Vogue" jurnalına verdiyi müsahibə zamanı, Donald Trampın Texas ştatındakı qətliamı törədəni "ruhi xəstə" adlandırmasına cavab olaraq deyib. Son vaxtlar ABŞ-da baş verən silahlı qətliamlara qarşı dövlətin heç bir reaksiya verməməsinə müğənni belə reaksiya verib:
"İnsanlar qanuni şəkildə satın alınmış silahlarla öldürülür. Bu anormal haldır. Heç vaxt normal hal kimi qəbul edilməməlidir".
Qeyd edək ki, ABŞ prezidenti D. Tramp Texas, Çikaqo və Ohayo ştatlarında baş verən qətliamları törədənləri "ruhi xəstə" adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top