Terrorçular türk əsgərini atəşə tutdu - Yaralılar var


Terrorçular Türk Silahlı Qüvvələrinə məxsus düşərgəni minaatanlardan atəşə tutdu.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən düşərgə Hələb şəhərinin Azez rayonu yaxınlığında yerləşir. Hücum zamanı 5 türk əsgərinin yaralandığı və onların Kilis Dövlət Xəstəxanasına aparıldığı bildirilir.
Hücumdan sonra TSQ mərmilərin atıldığı PKK/PYD terrorçularının nəzarətindəki koordinatları atəşə tutub.

DİGƏR XƏBƏRLƏR

Top