Millət vəkili evində intihar edən qız haqqında danışdı - "Çiynim hələ də ağrıyır"


Türkiyənin İstanbul şəhər millət vəkili Şirin Ünal bir neçə gün əvvəl evində silahla özünü öldürən xidmətçisi barədə ilk dəfə geniş məlumat verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul millət vəkili Şirin Ünal toxunulmazlığını bir kənara qoyub bildiklərini və gördüklərini məhkəməyə bildirdiyini söyləyib. Millət vəkili, həyat yoldaşının yataq xəstəsi olduğunu və Nadirə Qədirovanın ona baxan iki xidmətçidən biri olduğunu söyləyib:
"Son 3 ayda Qədirovanın psixoloji vəziyyətində qəribəliklər hiss etdiyimiz vaxt ikinci köməkçini işə götürdük. O, otağın qapısını bağlayıb özünü öldürmək istəyəndə kiçik qızımla birlikdə qapını qırmağa çalışdıq. Çiynim hələ də ağrıyır. Təəssüf edirəm ki, bunu bacara bilmədim. Hadisə baş verəndən 5 dəqiqə sonra polis və təcili yardım maşını artıq evimə çatmışdı. Təcili xəstəxanaya apardılar. Allah heç kəsin başına belə bir bəla verməsin".

DİGƏR XƏBƏRLƏR

Top