Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu "Barış Pınar"ı əməliyyatı səbəbi ilə cümə və şənbə günü keçirilməsi planlanan konsertləri ləğv etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, sənətçi bu barədə “İnstagram” hesabında məlumat verib.
"Vətən övladları canla başla vuruşarkən, ailələri evlərində övlad yolu gözləyərkən, günahsız körpələrimiz, uşaqlarımız və dinc əhali canından olarkən, yaralanarkən, cümə və şənbə günü sevinc və canfəşanlıqla səhnədə çıxış etmə gücünü özümdə tapmıram” – deyə, sənətçi məlumatda qeyd edib.
Firəngiz Quliyeva