Zelenski yeni bir rekorda imza atdı - FOTO


Ukrayna prezidenti Vladimir Zelenski 14 saatlıq mətbuat konfransı keçirərək rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısı bu barədə “Facebook” hesabında məlumat verib.
Məlumata görə, V.Zelenskinin təşkil etdiyi 14 saatlıq mətbuat konfransında 300 jurnalist iştirak edib və o, 500-dən çox suala cavab verib.
Bir çox mövzularda suallara cavab verən prezident sosial media hesabında, “Düzünü deyim, yoruldum. Amma jurnalistlərə və məni dəstəkləyən bütün izləyicilərə minnətdaram” – deyərək, təşəkkürünü bildirib.
Bundan başqa, konfrans zamanı V.Zelenski ilə  “liga.net” saytının jurnalisti Yuri Smirnov arasında maraqlı diaoloq yaşanıb. Dövlət başçısının onun sözünü kəsməsini bağışlamayan jurnalist, ona “Mən hələ sözümü deyib qurtarmamışam”- deyərək etiraz edib.
Həmin dialoqu təqdim edirik:
Y.Smirnov: Bir məsələnin üzərində dayanacam. Sizin partiyanızdan olan deputat və parlamentin Müdafiə Komitəsinin sədri, yəqin bilirsiniz sizin sinif yoldaşınızın əridir. Məsələ bundadır ki, o iclaslara getmir və müharibə aparan ölkədə Müdafiə komitəsinin sədri olmasına baxmayaraq, komitə iclaslarına da qatılmır.
V.Zelenski: Cavab verirəm...
Y.Smirnov: Yox, mən sualımı verim, sonra.
V.Zelenski: Siz axı danışırsız...
Y.Smirnov: Amma hələ ki sualımı verməmişəm.
V.Zelenski: Bəs bu informasiya nə üçündür?
Y.Smirnov: Sual üçün.
V.Zelenski: Yaxşı, sizə cavab verirəm, olar?
Y.Smirnov: Yox, sualı yekunlaşdırım, sonra.
V.Zelenski: İcazə vermirsiz?
Y.Smirnov: Yox!

DİGƏR XƏBƏRLƏR

Top