Bakıda görmə məhdudiyyətli şəxslər üçün yeni layihə


Bakıda bütün səkilərə görmə məhdudiyyətli sakinlərin rahat hərəkətinin təmin olunması üçün taktil plitələr döşənəcək.


Yeniavaz.com-un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu tədbirlər həm zəif görən, həm də gözdən əlil sakinlərin rahat hərəkətinin təmin olunması üçün görülür.

Mətbuat katibi bildirib ki, hazırda Puşkin küçəsinin səkilərində taktil plitələr quraşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top