Azərbaycanda müəllim dərs zamanı öldü


Ağsu rayonunda müəllim dərs zamanı ölüb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə dərs zamanı, sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stan siyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top