Terrorçular Türkiyəni minaatanlardan atəşə tutdular - VİDEO


Suriyada YPG/PKK terror təşkilatlarının nəzarətində olan ərazilərdən Türkiyənin Şanlıurfa əyalətinə minaatanlardan atəş açılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, əyalətin Akçakale rayonuna 4 ədəd minaatan mərmisi düşüb və nəticədə 17 nəfər yaralanıb. "Habertürk" qəzetində verilən xəbərdə mərmilərin yerli icra orqanının və təhsil şöbəsinin inzibati binalarına düşdüyü bildirilib.
Rayonun bələdiyyə əməkdaşları əhalini diqqətli olmağa çağırıb. Yaşayış məntəqəsində məktəblərə gələn həftənin bazar ertəsinə qədər tətil verilib.
Qeyd edək ki, ötən gün türk ordusu cənub sərhəddində terror təhdidini aradan qaldırmaq, regionda sülhü və sakitliyi bərqərar etmək üçün Suriyanın şimalında "Barış Pınarı" adlı hərbi əməliyyatalara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top